...

Ermənistan nümayəndə heyəti Türkiyədədir

Dünya xəbərləri Materials 29 Mart 2007 11:52 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/Van gölündəki adada yerləşən bərpa olunmuş "Axtamar" xristian kilsəsinin açılışında iştirak etmək üçün erməni nümayəndə heyəti Türkiyədədir. Ermənistan mədəniyyət nazirinin müavini Qoqin Gürciyanın rəhbərlik etdiyi nümayəndə heyətinə təxminən 20 nəfər daxildir. Onlar ölkəyə Türkiyə və Gürcüstan arasında fəaliyyət göstərən sərhəd keçid məntəqəsindən gəlib. Bu səfər Ardaqan vilayətinin qubernatoru Murad Yalçının dəvəti ilə həyata keçirilir. Bu barədə Trend in Ankaradakı xüsusi müxbiri məlumat verib.

Yerli jurnalistlərin suallarını cavablandıran Q.Gürciyan bəyan edib ki, Ermənistan və Türkiyə arasında mədəni əlaqələrin genişləndirilməsinə müsbət yanaşır.

Hazırda erməni nümayəndə heyəti Van şəhərindədir. Onlar yerli hakimiyyət nümayəndələri ilə görüş keçirir və bu şəhərin görməli yerləri ilə tanışlıq həyata keçirilir. Bu gün Van gölündəki adada "Axtamar" xristian kilsəsinin açılış mərasimi keçiriləcək. Bu kilsə turistlərin ziyarət edəcəyi obyekt kimi istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti