...

Kuba İranın milli nüvə proqramını dəstəkləyir

Dünya xəbərləri Materials 2 Aprel 2007 13:47 (UTC +04:00)

Kuba İranının sülhməramlı nüvə enerjisi hüququnu qəbul edib tanıyır və Tehranı beynəlxalq dövlətlərlə münasibətdə qəti və cəsarətli mövqeyində dəstəkləyir. İRNA müxbirinin məlumatına görə, bu barədə Kuba Dövlət Şurasının sədr müavini Xuan Almeyda Bosk Kubada diplomatik vəzifəsini yerinə yetirən İranın Havanadakı səfiri Əhməd Edrislə görüşündə bildirib. "Kuba nüvə silahının yayılmamasına nəzarət qaydaları çərçivəsində İranın sülhməramlı nüvə texnologiyasının hazırlanması və istifadəsi hüququnun rəsmən qəbul edilməsinin tərəfdarıdır"- deyə Kuba siyasətçisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti