Qazaxıstanın xarici işlər naziri Marat Tacin aprelin 4-5-də Türkiyəyə rəsmi səfərə gələcək. Bu barədə məlumatı respublika XİN-in rəsmi nümayəndəsi Ercan Aşikbayev verib.
"Səfər proqramında Ankarada Türkiyə prezidenti Əhməd Sezer, baş nazir Rəcəb Tayyub Ərdoğan, həmçinin türkiyəli həmkarı ilə görüş nəzərdə tutulub"- İnterfaks-Kazaxstan-ın məlumatına görə, bunu Aşikbayev bazar ertəsi Astanada keçirdiyi mətbuat-brifinqində deyib. Səfər çərçivəsində ticarət-iqtisadiyyat səhəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı, enerqetika, investisiya və mədəni-humanitar sahələrdə , həmçinin beynəlxalq siyasətdə vacib məsələlərdə münasibətlərin və fikirlərin mübadiləsinin müzakirəsi planlaşdırılır - deyə o əlavə edib.