...

Tehran britaniyalı dənizçilərin məsələsini danışıqlar yolu ilə həll etməyə hazırdır

Dünya xəbərləri Materials 3 Aprel 2007 10:36 (UTC +04:00)

Tehran saxlanılmış britaniyalı dənizçilərin məsələsini danışıqlar yolu ilə həll etməyə hazırdır. Bu barədə İranın Təhlükəsizlik Nazirliyinin Ali Sovetinin katibi Əli Laricani Böyük Britanyanın dördüncü telekanalına müsahibəsində bəyan edib.

Katibin sözlərinə görə, dənizçiləri məhkəməyə verməyə ehtiyac yoxdur. İranın prioritet məsələsi - "bu problemi diplomatik kanallar vasitəsilə həll etməkdir", deyə o, əlavə edib. "Bu işi daha da çətinləşdirmək bizim marağımızda deyil", deyə Əli Laricani qeyd edib. Bu barədə RİA Novosti məlumat verib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi martın 23-də İranın qeyri-qanuni olaraq 15 britaniyalı dənizçini İraqın ərazi sularında saxladağını elan edib. İran öz növbəsində bildirib ki, dənizçilər İranın ərazi sularında olub. Böyük Britaniya və İran britaniyalı dənizçilərin saxlandığı yerin müxtəlif koordinatlarını göstərir.

Xəbər lenti

Xəbər lenti