...

Ekspert: - Yeni parlamentin qanuniliyini təmin etmək üçün Ukrayna prezidenti seçkilərin vaxtını dəyişməyə məcbur olacaq

Dünya xəbərləri Materials 6 Aprel 2007 18:21 (UTC +04:00)

Ukrayna, Kiyev /müxbir. Trend Z.Novosvitski/ Gələcək parlamentin qanuniliyilə bağlı sonradan heç bir şübhənin yaranmaması üçün Ali Radaya növbədənkənar seçkiləri bir neçə aydan sonra keçirmək lazımdır.

Bu barədə məlumatı Trend in Kiyevdəki xüsusi müxbiri Vəziyyətin Modelləşdirilməsi Agentliyinin direktoru Vitali Bala istinadən verir.

"Bu həftə dairə seçki komissiyalarında namizədliyin irəli sürülməsi vaxtı bitir və bir çox böyük partiyalar ölkədə yaranan vəziyyətlə əlaqədar sadəcə olaraq buna vaxt çatdırmayacaqlar. Bundan başqa, qanunu pozmadan, bu az vaxt çərçivəsində seçki keçirmək, demək olar ki, mümkün deyil. Bunu bütün məmurlar və siyasətçilər anlayır. Nəticədə gələcəkdə Ali Radaya yeni seçkilərin qanuniliyi barədə şübhələr yarana bilər"-Bal deyib.

O həmçinin qeyd edib ki, çətin vəziyyətdən çıxış yolu yalnız seçki vaxtınının dəyişdirilməsidir.

"Burada bir çıxış yolu var - prezident şəxsən seçkilərin vaxtının bir neçə aydan sonraya keçirilməsinə təşəbbüs göstərməlidir. Bu, tərəflərdən birinin məğlubiyyəti olmayacaq, əksinə, "güzəştə getmək" kimi qəbul ediləcək" - Bal bildirib.

Xəbər lenti

Xəbər lenti