...

Mixail Saakaşvili: "NATO Gürcüstan üçün təbii yaşam mühitidir"

Dünya xəbərləri Materials 19 Aprel 2007 14:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstan NATO-ya daxil olmaqla təbii yaşam mühiti tapmağa çalışır. Bu barədə Tbilisidə NATO-nun 65-ci "Rouz Rot" seminarını açarkən Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib.

NATO-nun "Rouz Rot" seminarı 19-21 aprel tarixlərində "Gürcüstan avroatlantik inteqrasiya yolunda" mövzusunda keçirilir. Seminarın işində NATO Parlament Assambleyasının prezidenti Xose Lelonun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

"NATO-ya daxil olmaq gürcü xalqının əsrlik instinkti və meylidir. Gürcüstan əlbəttə ki, Şimali Atlantika Alyansına daxil olacaq. Bura bizim əsl yerimizdir və heç də ani bir siyasi düşüncədən irəli gəlmir" - deyə Saakaşvili bəyan edib. O qeyd edib ki, Gürcüstan sözsüz ki, aralarında NATO-nun da olduğu bütün "nüfuzlu siyasi klublara" üzv olmağa səy göstərir.

"Biz sizin yardımınıza ümid edirik və hamı bilir ki, yalnız Gürcüstana NATO lazım deyil, NATO-ya da Gürcüstan lazımdır. Bugünkü dünyanın inkişafını anlayan hər kəs bunu etiraf edir və bu istiqamətdə hər şeyi edir" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti