...

Batumidə Cənubi Qafqaz və Ukrayna heykəltəraşlarının birinci beynəlxalq tələbə festivalı açılıb

Dünya xəbərləri Materials 7 May 2007 16:20 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Batumidə Cənubi Qafqaz və Ukrayna heykəltəraşlarının birinci beynəlxalq tələbə festivalı açılıb. Festivalın açılışında Batuminin meri İrali Tavartkiladze iştirak edib.

Festivalda Gürcüstan, Ukrayna, Azərbaycan və Ermənistandan olan 15 nümayəndə iştirak edir. Onlar 10 gün ərzində Batumidə Müqəddəs Varvara kilsəsi yaxınlığındakı meydanda daşla işləyəcəklər. Onların yaratdıqları heykəllər Batuminin mərkəzi parkında yerləşdiriləcək.

Batumi merinin sözlərinə görə, festivalın prototipi yoxdur. "Bu yalnız başlanğıcdır və biz yalnız tələbə tədbiri keçirmək niyyətində deyilik. Biz bura müxtəlif ölkələrdən ciddi heykəltəraşları dəvət etmək niyyətindəyik".

Festivalın iştirakçılarına gəldikdə, onlar festivalın ənənəvi xarakter alması və hər il keçirilməsi ilə bağlı arzularını bildirib.

Xəbər lenti

Xəbər lenti