...

Kvemo Kartlinin qeyri-gürcü dilli məktəblərində tarix və coğrafiya fənləri gürcü dilində tədris ediləcək

Dünya xəbərləri Materials 11 May 2007 15:04 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir " Trend " N.Kirtsxalia/Kvemo Kartlinin qeyri-gürcü dilli məktəblərində tarix və coğrafiya fənləri gürcü dilində tədris ediləcək. Bu, BMT-nin Uşaq Fondu və Gürcüstanın Təhsil və Elm Nazirliyinin yeni layihəsi ilə nəzərdə tutulub. Layihə mayın 14-də təqdim olunacaq.

Təqdimatda azərbaycanlıların məskunlaşdığı Kvemo Kartli regionunun qubernatoru Zurab Melikişvili, təhsil nazirinin müavini Bela Tsipuriya, UNİCEF-in Gürcüstandakı nümayəndəsi Covana Barberis və "Könüllülər Missiyası" QHT-nin missionerləri iştirak edəcək. Layihədə coğrafiya və tarix fənninin dövlət dilində öyrənilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində yeni standartlar və tədrs metodologiyasının tətbiqi planlaşdırılıb. Layihədə Marneuli və Tsalkanın 89 qeyri-gürcü dilli məktəblərinin 140 coğrafiya və tarix müəllimi iştirak edir.

Xəbər lenti

Xəbər lenti