Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/20-22 may tarixində Avropa Şurasının Parlament Assambleyasının prezidenti Rene Van der Linden rəsmi səfərlə Ukraynada olacaq. Ukrayna Ali Radasının mətbuat xidmətinin məlumatına əsasən, səfər proqramında AŞPA prezidentinin Ukrayna Ali Radasının rəhbəri Aleksandr Moroz, Ukrayna prezidenti Viktor Yuşşenko, Ukraynanın baş naziri Viktor Yanukoviçlə görüşü nəzərdə tutulub.
Moroz və Rene Van der Linden həmçinin AŞPA-nın siyasi məsələlər üzrə Komitəsinin iclasının açılışında iştirak edəcəklər.