...

Dominik Ştros-Kan namizədliyində israrlıdır

Dünya xəbərləri Materials 3 Avqust 2007 11:39 (UTC +04:00)

Fransa, Strasburq, / Trend müxbir A.Məhərrəmli/ Avropanın Beynəlxalq Valyuta Fonduna (BVF) fransız namizəd Dominik Stros-Kan israrlıdır. Bunula bağlı apardığı kampaniya çərçivəsində o, Braziliyaya gəlib. "Maliyyə sabitliyinin qlobal iqtisadi inkişafa xidmət etməsini ön plana çəkməklə BVF-ni Latın Amerikası ölkələri ilə barışdırmaq istəyirəm. BVF beynəlxalq maliyyə bazarlarında sabitliyi təmin etmək üçün önəmli bir qurumdur". Bu sözləri Fransanın keçmiş maliyyə və iqtisadiyyat naziri (1997-1999) BVF-nin baş direkrotu postuna namizədliyinin əsaslı olduğunu inandırmaq məqsədilə Braziliyaya etdiyi səfəri zamanı deyib.

"BVF kimi beynəlxalq qurumların mövcudluğu cox zəruridir, çünki gələcəkdə maliyyə sabitliyini təhlükə altına qoyan problemlər ortaya çıxa bilər " - deyə o, Braziliya prezidenti Luis İnasiu Lula da Silva (Luiz Inacio Lula da Silva) və həmin ölkənin maliyyə naziri Qido Manteqa (Guido Mantega) ilə görüşündən sonra bəyan edib.

Bundan əlavə, fransalı keçmiş nazir mətbuata açıqlamasında bildirib ki, namizəd olmaqda məqsədi BVF-də dəyişiklər aparmaqdır. Artıq dünyanın dəyişdiyini xüsusi qeyd edən keçmiş nazir qeyd edib ki, "mən prezident Lula da Silvara namizədliyimin hansı zərurətdən ortaya cixmasının səbəblərini izah etdim. Mən bilirəm ki, BVF böhran içindədir. Onun keçmişdə, əsasən də Latın Amerikasında bağışladığı təsir ürəkaçan deyil".

Dominik Ştros-Kan daha sonra avqust ayında keçmişdə BVF ilə problemləri ortaya çıxan Argentina və Boliviyaya səyahət edəcəyini bildirib. O, həmçinin ölkəsinin maliyyə qurumunu tərk etməklə hədələyən Venesuela prezidenti Üqo Çavezin bunu etməməsini arzu edib.

Qeyd edək ki, fransalı namizədin BVF-nin baş direktoru postu üçün apardığı kampaniya bir çox ölkələrin, xüsusilə Braziliyanın bu beynəlxalq qurumun rəhbərinin daha demokratik və şəffaf yolla seçilməsini tələb etdikləri bir vaxta təsadüf edir. Xatırladaq ki, ənənəyə uyğun olaraq və güman edilən razılaşmaya əsasən, ABŞ Dünya Bankının, avropalılar isə BVF-nin rəhbərini təyin edirlər. Dominik Ştros-Kan əlavə edib ki, ABŞ -la Avropa arasında olan bu razılaşmanın artıq vaxtı keçib. Onu dəyişmək lazımdır.

Məlumat üçün bildirək ki, 12 il BVF-yə rəhbərlik etmiş fransız Mişel Kamdösüdə (Michel Camdessus) 2000-ci lldə etdiyi vida nitqində buna işarə etmişdi. Həmin nitqində o bildirmişdi ki, belə bir yer bölgüsü 1950-ci ildə bir neçə Latin Amerikası ölkəsini çıxmaq sərtilə, dunyanın cox olkəsinin burada təmsil edilmədiyi zamanda normal hal idi. Bu gun dunyanın ən kasıb olkələri öz sözlərini deməlidir.

"Fransa tərəfi bu düşüncə tərzinə qarşı çıxmadığını bildirir. Biz bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin mövqelərinə diqqət edirik ". Bunu iyulun 10-da Brüsseldə keçirdiyi mətbuat konfransında Fransanın maliyyə və mqtisadiyyat naziri xanım Kristin Laqard (Christine Lagarde) deyib. Bununla belə, illərdən bəri bu ənənə mövcuddur. Əgər bu tarazlıq, bu ənənə sual altına alınarsa, bu, hər iki quruma aid olmalıdır. BVF-nin avropalının əlindən cıxmasından söhbət belə gedə bilməz. Bunula o, ABŞ -ın Pol Volfoviçin (Paul Wolfowitz) nepotizm qalmaqalına görə istefasından sonra Dünya Bankına Pol Zolikin (Paul Zoellick) namizədliyinə nail olmasına işarə vurub.

Xatırladaq ki, Dominik Ştros-Kanın BVF-yə namizədliyi Fransa prezidenti Nikola Sarkozi (Nicolas Sarkozy) tərəfindən irəli sürülüb və Aİ-nın maliyyə nazirlərinin iyulun 10-da keçirilən toplantısında dəstəklənib. Həmin vaxt Fransa tərəfindən BVF-nin rəhbərliyinə namizəd kimi Fransanın keçmiş baş naziri Loran Fabüis (Laurent Fabuis) və Dominik Ştros-Kanın adları çəkilsə də, sonda seçim Kanın üstündə dayanıb. Qeyd edək ki, BVF-nin hazırkı direktoru Rodriqo de Rato (Rodrigo de Rato) şəxsi səbəblər üzündən oktyabr ayında postundan gedəcəyini bəyan edib. 63 il mövcudluğu ərzində BVF-yə 32 fransiz rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti