...

Son iki gündə Bakıda 17 dilənçi saxlanılıb

Hadisə Materials 20 Fevral 2017 12:18 (UTC +04:00)
Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb.
Son iki gündə Bakıda 17 dilənçi saxlanılıb

Bakı. Trend:

Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 18-də Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib.

Fevralın 19-da isə paytaxtın Nərimanov, Yasamal və Səbail rayonları ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti