...

Deputat: Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycanın dövlətçiliyinə verilən qiymətdir

Siyasət Materials 6 Yanvar 2016 17:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının apardığı antiazərbaycan kampaniyasına Ağ Ev tərəfindən verilən qəti cavabdır.
Deputat: Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycanın dövlətçiliyinə verilən qiymətdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının apardığı antiazərbaycan kampaniyasına Ağ Ev tərəfindən verilən qəti cavabdır.

Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

O, qeyd edib ki, erməni diaspor təşkilatları, dairələri vaxtaşırı ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun düşməsinə cəhd göstərirdilər: "Bununla belə, ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidentini sammitə dəvət etdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycanın dövlətçiliyinə verilən qiymətdir. Bu sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib. Barak Obama tərəfindən Azərbaycan Preizdentinə dəvət göndərilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir".

A.Mirzəzadənin sözlərinə görə, sammit çərçivəsində bir qayda olaraq ikitərəfli görüşlərin keçirilməsi də artıq ənənəyə çevrilib.

Deputat hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sammitə dəvət edilməsi ilə Azərbaycan müstəqil bir dövlət kimi beynəlxalq aləmdə nüfuza malik olduğunu bir daha təsdiq etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti