...

AZƏRBAYCAN BİR SIRA BEYNƏLXALQ SAZİŞLƏRƏ QOŞULUB

Siyasət Materials 16 Sentyabr 2005 11:57 (UTC +04:00)

"Azərbaycan bir sıra beynəlxalq sazişlərə qoşulub". Azərbaycan XİN-nin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, BMT-nin mənzil qərargahında insan haqları, terrorizm, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə, ətraf mühit, dəniz hüququ və digər sahələrdə bir sıra beynəlxalq sazişlərin imzalanması ilə əlaqədar "Fokus-2005: qlobal dəyişikliklərə cavab" adlı tədbir keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Nüvə terroru ilə mübarizəyə dair beynəlxalq konvensiya" (konvensiyanın mətni BMT-nin Baş Assambleyasının qətnaməsi ilə qəbul olunub №59/290), "İşgəncələrə, o cümlədən amansız və alçaldıcı rəftara və ya cəzalara qarşı Konvensiyaya fakultativ protokol" kimi sazişlərin imzalanma mərasimini keçirib.

Xəbər lenti

Xəbər lenti