...

Mübariz Qurbanlı: "Qrossun tənqidləri AŞPA-da Azərbaycanın nümayəndə heyətinin təsdiqlənməsinə təsir göstərməyəcək"

Siyasət Materials 24 Yanvar 2006 14:10 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossun tənqidi fikirləri Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin mandatının təsdiqlənəcəyinə heç bir mənfi təsir göstərməyəcək". Bu barədə Trend ə Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Onu da bildirək ki, A.Qross AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin təsdiqlənməməsi ilə bağlı çıxış edib. O, bunu Azərbaycanda 2006-cı il 6 noyabrda keçirilmiş parlament seçkilərinin Avropa Şurasının tələblərinə cavab vermədiyi ilə əlaqələndirib.

M.Qurbanlı bildirib ki, Avropa Şurasının üzvü olan hər bir dövlətin qurumdakı nümayəndə heyətinin tərkibi həmin dövlətin qanunverici orqanı tərəfindən müəyyənləşir: "Mövcud qaydalara görə qurumun hər qış sessiyası öncəsi nümayəndə heyətinin tərkibi təsdiqlənməlidir. Andreas Qrossun qış sessiyasının ilk iclasındakı Azərbaycanla bağlı məlum tənqidi fikirlərin heç bir əsası yoxdur".

YAP rəsmisi bildirib ki, yanvarın 25-də qurumun Monitorinq Komitəsinin məlum məsələ ilə bağlı keçirəcəyi müzakirələrdə Azərbaycanın nümayəndə heyətinin tərkibinin təsdiqlənməsi üçün müsbət rəy veriləcək.

Xəbər lenti

Xəbər lenti