Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İlkin İzzət/
Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsinin təmirinə başlanılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.
Təmir işləri ilkin mərhələ üzrə Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla həyata keçiriləcək.
Artıq həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə start verilib.