...

Bakı-İstanbul reysi sərnişinin qohumunun ölümü səbəbindən yubanıb

Cəmiyyət Materials 4 İyun 2016 21:34 (UTC +04:00)
"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-İstanbul reysi şənbə günü sərnişinlərdən birinin yaxın qohumunun ölümü səbəbindən yubanıb.
Bakı-İstanbul reysi sərnişinin qohumunun ölümü səbəbindən yubanıb

Bakı. Trend:

"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-İstanbul reysi şənbə günü sərnişinlərdən birinin yaxın qohumunun ölümü səbəbindən yubanıb. Bu barədə Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

"Göyərtədə olarkən sərnişinlərdən biri yaxın qohumunun ölümü haqqında xəbər aldı və İstanbula yollanmaqdan imtına etdi. Aviaşirkətin qaydaların uyğun olaraq bütün sərnişinlər təyyarənin salonundan baqajın təzədən yoxlanılması üçün çıxarıldı", deyə o bildiridi.

Onun sözlərinə görə, qısa müddət ərzində problem aradan qaldırıldı və təyyarə İstanbula yola düşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti