...

Binəqədi rayonu İcra Hakimiyyəti və ASAN könüllülər "ASAN FM" radiosunun qonağı olublar (FOTO)

Cəmiyyət Materials 21 İyul 2016 09:46 (UTC +04:00)

Bakı. Trend:

İyulun 20-də Binəqədi rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun fəal gəncləri və ASAN könüllüləri 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “ASAN FM” radiosunun qonağı olublar.

İcra Hakimiyyətindən verilən məlumata görə, “ASAN FM” radiosunun rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə “ASAN FM” radiosunun direktoru Emin Musavi, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN Könüllüləri iştirak ediblər.

Səmimi keçən görüşdə ilk öncə “ASAN FM” radiosunun direktoru Emin Musavi gəncləri salamlayıb və “ASAN FM” radiosu haqqında geniş məlumat verib.

Sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi L.Kərimova Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyinin salamlarını çatdırıb və “ASAN FM” radiosunun kollektivini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edib.

Daha sonra YAP Binəqədi rayon təşkilatını Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN Könüllüləri öz səmimi fikirlərini bölüşüblər.

Görüşdən sonra “ASAN FM” radiosunun inzibati binası ilə tanışlıq olub və sonda Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bayram münasibətilə “ASAN FM” radiosuna hədiyyə edilən tort kəsilib. Məlumat üçün bildirək ki, Milli Mətbuat və Jurnalistika Günü “ASAN FM” radiosunun qeyd etdiyi ilk peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında test yayıma başlayıb və artıq 7 aydır ki, radio öz fəaliyyətini uğurla davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti