...

Azərbaycanın futbol üzrə yığması Bakıda Ukraynaya qarşı oynayacaq

Cəmiyyət Materials 31 Yanvar 2006 16:07 (UTC +04:00)

Azərbaycanın futbol yığması martın 1-də Bakıda Ukraynaya qarşı yoldaşlıq görüşü keçirəcək.

Trend in Ukrayna Futbol Federasiyasına (UFF) istinadən xəbər verdiyi kimi, martın 1-də Oleq Bloxinin komandası Azərbaycana gələcək. FİFA-nın qaydalarına uyğun olaraq milli komandanın məşq oyunları yoldaşlıq matçına 48 saat qalmış başlayacaq.

Xatırladaq ki, əvvəlcə UFF AFFA ilə danışıqlar faktını təsdiqləmişdi. Lakin Federasiya bir neçə variantı nəzərdən keçirdiyindən (o cümlədən Çindən) mümkün görüş sual altında idi.

Xəbər lenti

Xəbər lenti