...

AZERIQAZ NAXÇIVANA SUALTI QAZ KƏMƏRİNİN ÇƏKİLİŞİNƏ AVQUSTA BAŞLAYACAQ

Energetika Materials 29 İyul 2005 17:42 (UTC +04:00)

Azeriqaz Qapalı Səhmdar Cəmiyyəti (QSC) avqust ayında Naxçıvan Muxtar Respublikasının (NMR) qazla təchizatını bərpa etmək məqsədilə sualtı qazkəmərinin tikintisinə başlamaq niyyətindədir. Bu barədə Trend ə QSC-dən məlumat verilib.

Hazırda tikinti meydanı yaxınlığında tikinti işləri aparmaq üçün texnika və avadanlıqlar cəmləşdirilir. Qaz kəməri Araz çayının altından keçəcək və İranla NMR-nın qaz xəttlərinin birləşdirəcək.

Bundan əvvəl İran tərəfi ilə bu qaz kəmərinin çəkilməsinin metodiki məsələləri müzakirə olunub. Eyni zamanda, yeraltı, yerüstü və ya daha baha başa gələn sualtı variantlar nəzərdən keçirilib.

Nəticədə qaz kaəmərinin yeraltı metodla tikilməsi barədə qərar qəbul edilib. Ekspertlərin fikrincə, sualtı qaz kəmərinin tikintisi 15-20 gün vaxt tələb edir.

Xəbər lenti

Xəbər lenti