...

İRANA QAZIN VERİLİŞİ SENTYABRIN 15-DƏN SONRA MÜMKÜN OLACAQ

Energetika Materials 31 Avqust 2005 18:43 (UTC +04:00)

Azərbaycan sentyabrın 15-dən sonra Naxçıvan Muxtar Respublikasının qazla təminatını bərpa etmək çərçivəsində İrana qazın verilişinə başlaya bilər.

Bu barədə Trend ə Azəriqaz qapalı səhmdar cəmiyyətindən (QSC) məlumat veriblər. Bu, iki ölkə arasında bağlanmış müqaviləyə müvafiq olaraq həyata keçirilir.

Hazırda İrana Azərbaycan qazının verilməsi üzrə işlər 90% başa çatıb. Həmçinin Azərbaycan -İran sərhəddi yaxınlığında yerləşən Astara şəhəri ətrafında qaz-kompressor stansiyasının (QKS) tikintisi də başa çatıb. QKS-da bütün avadanlıqlar quraşdırılıb.

Azəriqazdan bildiriblər ki, idarə göstərilən tarixdən İrana qazın verilməsinə başlanmasını planlaşdırır.

QKS-in tikintisini Ukraynanın Sumsk maşınqayırma Elmi-İstehsalat Birliyi (EİB) aparır. Müqavilənin dəyəri 80 milyard manat (17 milyn. dollara yaxın) təşkil edir.

İrandan Azərbaycana qazın verilməsinə 2005-ci ilin oktyabrından başlanılacaq. Birinci mərhələdə idxalın həcmi 52 milyn. kubmetr, 2006-cı ildə 250 milyn. kubmetr, 2007-ci ildən isə bu həcm 350 milyn. kubmetrə qədər artırılacaq.

Xəbər lenti

Xəbər lenti