...

“İnternetdə uşaqların hüquqları” mövzusunda təqdimat keçirilib (FOTO)

Telekommunikasiya Materials 23 Noyabr 2016 17:37 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə “Internetdə uşaqların hüquqları” mövzusunda tədbir keçirib.
“İnternetdə uşaqların hüquqları” mövzusunda təqdimat keçirilib (FOTO)

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Təhsil Nazirliyi BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə ilə “Internetdə uşaqların hüquqları” mövzusunda tədbir keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə “Internetdə uşaqların hüquqları” mövzusunda tədbir keçirilib.

Tədbirin məqsədi internetdə uşaqların hüquqları, bu hüquqlardan istifadə zamanı internetdən təhlükəsiz istifadəni təbliğ etmək, uşaqların informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasıdır.

RYTN-nin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş tədbirə Sumqayıt, Gəncə (2 mərkəz), Mingəçevir, Lənkəran, Bərdə və Qazax şəhərlərindəki Təlim-Tədris Mərkəzləri də video-konfrans vasitəsilə qoşulub. Tədbirin keçirilməsinə Təhsil Nazirliyi dəstək verib. Dinləyici kimi həm Bakıda, həm də regionlardakı mərkəzlərdə orta ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdlərin iştirak edib.

RYTN-nin və Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələri çıxış edib, “İnternetdə uşaqların hüquqları” mövzusunda təqdimat keçirilib.

Tədbirin sonunda regionlar da daxil olmaqla uşaqları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti