...

Dövlət rabitə operatorları gücləndirilmiş rejimə keçir

Telekommunikasiya Materials 29 Dekabr 2016 11:42 (UTC +04:00)
Azərbaycanda bayram günləri rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət rabitə operatorlarının telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Dövlət rabitə operatorları gücləndirilmiş rejimə keçir

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda bayram günləri rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət rabitə operatorlarının telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə bayram günlərində rabitə, internet, televiziya, radio və poçt xidmətlərinin fasiləsiz iş rejiminin təşkil olunması tapşırılıb.

Bundan başqa, nazirlik abunəçilərin rahatlığını təmin olunmasını, təhlükəsizlik xidmətinin gücləndirilməsini tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti