...

Bərdə Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməli qoyulub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2014 13:55 (UTC +04:00)
Kənd təsərrüfatı naziri Heydər Əsədov Bərdə şəhərində Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan 70-dən çox vətəndaşı qəbul edib.
Bərdə Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməli qoyulub (FOTO)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Kənd təsərrüfatı naziri Heydər Əsədov Bərdə şəhərində Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan 70-dən çox vətəndaşı qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, kənd təsərrüfatı texnikası ilə təminat, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, subartezian quyularının qazılması, pambıqçılığın və arıçılığın inkişafı, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir çoxu yerində həll olunub. Həmçinin vətəndaşları narahat edən məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra nazir H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməlinin qoyulması mərasimində iştirak edib və Mehdili kəndində "Qarabağ" Aqrar Sənaye Kompleksi ilə tanış olub, həmçinin Ağcabədi rayonunda Fransa və Hollandiyadan gətirilmiş südçülük istiqamətindən olan yeni cinsin "BMS Aqro" keçi təsərrüfatında saxlanma şəraitinə baxış keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti