...

Bakıda sürücülər SMS vasitəsilə tıxaclar barədə məlumat ala bilərlər

Telekommunikasiya Materials 26 May 2012 15:07 (UTC +04:00)
Azərbaycanın SMS Solutions provayder kontenti Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə yeni "YOL" layihəsini işə salıb.
Bakıda sürücülər SMS vasitəsilə tıxaclar barədə məlumat ala bilərlər

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir H.Vəliyev /

Azərbaycanın SMS Solutions provayder kontenti Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə yeni "YOL" layihəsini işə salıb. Bu barədə şənbə günü Trend-ə şirkətdən bildiriblər.

Layihə paytaxt yollarındakı tıxaclar barədə mobil telefona qısa ismarıc göndərilməsi vasitəsilə sürücülərin məlumatlandırılmasını nəzərdə tutur.

Xidmət Azercell abunəçiləri üçün mayın 25-dən aktivdir.

Yola çıxmazdan əvvəl sürücü Bakı şəhərinin rayonunun kodunu 8050 qısa nömrəsinə göndərir. Cavab SMS-ində seçilən rayonda tıxaclar barədə avtomobillərin orta hərəkət sürəti göstərilməklə məlumat verilir.

Xidmət xəbərdarlıqları Azərbaycan, rus və ingilis dillərində göndərilir.

Rus dilində xəbərdarlıq almaq üçün göndərilən məlumatın mövzusundan sonra "ru" (ingilis dili üçün "en") yazmaq lazımdır . Misal üçün: YOL 1 ru 8050.

Bu xidmət üzrə aylıq abunə üçün göstərilən nömrəyə aşağıdakı məlumatı göndərmək lazımdır:

Bakı şəhərinin rayonları

Göndərilən qısa məlumatın mövzusu

Nömrə

Səbail

YOL 1

8050

Yasamal

YOL 2

8050

Nəsimi

YOL 3

8050

Nizami

YOL 4

8050

Xətai

YOL 5

8050

Nərimanov

YOL 6

8050

Xəzər

YOL 7

8050

Binəqədi

YOL 8

8050

Sabunçu

YOL 9

8050

Suraxanı

YOL 10

8050

Qaradağ

YOL 11

8050

Abunəçi seçilən rayonda tıxaclar yaranacağı halda hər gün saat 9:00-dan 21:00-dək SMS vasitəsilə xəbərdarlıq ala bilər.

Müəyyən vaxt ərzində xəbərdarlıq almaq üçün göndərilən məlumatda vaxt intervalınının göstərilməsi vacibdir. Səbail rayonunun timsalında nümunə: YOL 1 18-20 8050 nömrəsinə.
18-20 rəqəmləri abunəçinin yalnız saat 18:00-dən 20:00-dək xəbərdarlıq almaq istədiyini göstərir.

Xidmət üzrə abunənin dəyəri bir ay üçün iki manat təşkil edir.

İstifadəçi rayonu, SMS-in alınma vaxtını və ya SMS xəbərdarlığı almaq istədiyi dili dəyişdirə bilər. Bunun üçün YOL mətni ilə [rayonun kodu] [SMS-in daxil olduğu dil] [vaxt intervalı] göstərmək vacibdir. Məlumatların dəyişdirilməsini gündə bir dəfə pulsuz həyata keçirmək mümkündür. Məlumatların gündə bir dəfədən artıq dəyişdirilməsinə görə 0,6 manat pul ödənilir.

Xidmətdən imtina üçün STOP yazıb 8050 (çıxan SMS xəbərdarlığın qiyməti standartdır) nömrəsinə göndərmək lazımdır.

Xəbər lenti

Xəbər lenti