...

İlham Əliyev Ekvadorun xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 18 Oktyabr 2011 19:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Ekvadorun xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Ekvadordan ilk dəfə nazirlər səviyyəsində ölkəmizə nümayəndə heyətinin gəldiyini vurğulayan Prezident İlham Əliyev bu cür səfərlərin sayının artacağına və bu səfərin ölkələrimiz arasında fəal münasibətlərin əsasının qoyulması işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

Dövlətimizin başçısı ekvadorlu nazirin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edib.

Nazir Rikardo Armando Patinyo Arokan Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırıb. Rikardo Armando Patinyo Arokan Azərbaycana ilk səfərindən məmnunluğunu bildirib. Ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir bu səfərin Azərbaycan ilə Ekvador arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağını deyib.

Dövlətimizin başçısı Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ekvadorun dövlət başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti