Azərbaycanda ən yüksək sululuq Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur

Cəmiyyət Materials 25 Fevral 2011 11:37 (UTC +04:00)
Azərbaycan çaylarında ən yüksək sululuq Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur.
Azərbaycanda ən yüksək sululuq Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan çaylarında ən yüksək sululuq Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bu çaylarda müşahidə olunan sululuq ongünlük normanın 235-265, Kiçik Qafqaz çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında 80-170, Naxçıvan Muxtar Respublikası çaylarında isə 80-90 faizini təşkil edir.

Nazirlikdən bildirilib ki, Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunur. Belə ki fevralın 15-dən bu günə kimi Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsində 29, Zərdabda 63, Surrada 65, Şirvanda 60, Salyanda 71, Bankədə 30, Araz çayının Novruzlu məntəqəsində isə 62 sm artım müşahidə olunub.
Surra məntəqəsində suyun hazırkı səviyyəsi 602 sm, Şirvanda 488 sm, Bankədə 337 sm, Salyanda 442 sm, Araz çayının Novruzlu məntəqəsində isə 325 sm təşkil edir.

Xəbər lenti

Xəbər lenti