...

Azərbaycanda qanunsuz ov hallarına qarşı reydlər keçirilib

Cəmiyyət Materials 26 Mart 2011 14:45 (UTC +04:00)
Azərbaycan ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib.
Azərbaycanda qanunsuz ov hallarına qarşı reydlər keçirilib

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.

Samux Ovçuluq Təsərrüfatı ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Goranboy rayon Qazaxlar kənd sakini Ziyabil Sarıyev saxlanılıb və ondan 1 ədəd ov tüfəngi və 1 patron götürülüb. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Qax rayonu Cəlayir kəndinin "Qovra" adlanan sahəsində qanunsuz ovla məşğul olan Dəymədağ kənd sakini Coşqun Məmmədov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi götürülüb. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib olunub, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

Şirvan Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan Salyan rayon Yenimuğan kənd sakini Siyasət Əkbərov saxlanılıb. Ondan 1 ov tüfəngi, 17 patron və 1 patrondaş götürülüb. Həmin şəxs barəsində akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.

Xəbər lenti

Xəbər lenti