...

"Qarabağ" "Neftçi"yə dərs keçdi, "Bakı" nəhayət ki, qələbə qazandı

İdman Materials 27 Sentyabr 2014 17:55 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında VII turun oyunlarına start verilib.
"Qarabağ" "Neftçi"yə dərs keçdi, "Bakı" nəhayət ki, qələbə qazandı

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Azərbaycan Premyer Liqasında VII turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, turun mərkəzi oyununda "Neftçi" və "Qarabağ" klubları qarşılaşıblar.

35-ci dəqiqədə Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirərək ağdamlıları hesabda önə çıxarıb. 76-cı dəqiqədə Muarem Muarem hesabı artırıb. 8 dəqiqə sonra "Qarabağ"ın hücumçusu Vüqar Nadirov da fərqlənib.

Oyunun əsas vaxtına 3 dəqiqə qalmış Ernest Nfor "Neftçi"nin təsəlli qolunu vurub - 1:3.

"Bakı" paytaxtda "Araz Naxçıvan"ı qəbul edib. Oyuna meydan sahibləri fəal başlayıblar: 28-ci dəqiqədə Tural Qürbətov hesabı açıb. İkinci hissənin əvvəlində Elmin Çobanov hesabı bərabərləşdirib.

Lakin 74-cü dəqiqədə Nuran Qurbanov hesabı yenidən "Bakı"nın xeyrinə dəyişib - 2:1.

Bakıda keçirilən digər oyunda isə AZAL "İnter"i 1:0 hesabı ilə məğlub edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti