...

Prezident: Qırğızıstanda vəziyyəti pozmaq cəhdlərinin qarşısı sərt şəkildə alınacaq

Dünya xəbərləri Materials 14 May 2016 12:52 (UTC +04:00)
Bundan sonra Qırğızıstandakı vəziyyəti pozmağa yönəlmiş cəhdlərin qarşısı sərt şəkildə alınacaq.
Prezident: Qırğızıstanda vəziyyəti pozmaq cəhdlərinin qarşısı sərt şəkildə alınacaq

Bakı. Elçin Hüseynov - Trend:

Bundan sonra Qırğızıstandakı vəziyyəti pozmağa yönəlmiş cəhdlərin qarşısı sərt şəkildə alınacaq. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Almazbek Atambayev bəyan edib.

O bildirib ki, bir çox siyasətçilər Qırğızıstanda seçilmiş siyasi yolu bəyənmir. "Onlar anlayırlar ki, düzgün yolla hakimiyyətə gələ bilməzlər - insanlar onlara inanmır. Bu səbəbdən də onlar istənilən bəhanə ilə, nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ keçirmək fikrindədirlər. O cümlədən, zorakılıq, qan və qətllər yolu ilə".

A.Atambayev deyib ki, "Xalq Parlamenti" siyasi hərəkatının bəzi üzvləri həbs edilib və onlar xarici xüsusi xidmət orqanlarının vasitəsilə mayın 17-də Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyiblər: "Hələ ki mən dövlət başçısıyam, hamını açıq şəkildə xəbərdar edirəm. Bundan sonra Qırğızıstandakı vəziyyəti pozmağa yönəlmiş cəhdlərin qarşısı sərt şəkildə alınacaq. Buna cəhd edənlər isə qanunla ciddi şəkildə cəzalandırılacaq. Daha heç kəsə güzəşt edilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti