Bakı. Trend:
Türkiyə Prezidenti təcili iclas keçirir.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbulun Atatürk hava limanında baş vermiş terror aktından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təcili iclas çağırıb.
İclasda Baş nazir Binəli Yıldırım və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar iştirak edirlər.
Qeyd edək ki, hava limanında törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb.