...

Türkiyənin Van şəhərində daha bir zəlzələ baş verib

Dünya xəbərləri Materials 5 Dekabr 2011 09:35 (UTC +04:00)
Bu gün səhər saatlarında Türkiyənin Van şəhərində 4.9 bal gücündə zəlzələ baş verib.
Türkiyənin Van şəhərində daha bir zəlzələ baş verib

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir R.Hafizoğlu/

Bu gün səhər saatlarında Türkiyənin Van şəhərində 4.9 bal gücündə zəlzələ baş verib. Trend in məlumatına görə, bu haqda Türkiyənin CNN Türk tekekanalı məlumat verib.

Baş verən zəlzələ nəticəsində ölən və xəsarət alanlar yoxdur .

Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Onun qurbanlarının sayı 600 nəfərdən çox olub.

Noyabrın 9-da Türkiyənin şərqində 5,7 ballıq zəlzələ qeydə alınıb. Erdemit və Van şəhərlərində ən azı 25 bina dağılıb, onların əksəriyyəti boş olub (adamlar oktyabrdakı 7,2 ballıq zəlzələdən sonra təxliyyə olunublar). Buna baxmayaraq, həlak olanların ümumi sayı 40 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti