...

Xorvatiyalı alim: I Avropa Oyunları dünyaya Azərbaycanı daha yaxşı tanımaq imkanı verəcək

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 14:22 (UTC +04:00)
Bakıda I Avropa Oyunlarının təşkil edilməsi və bu irimiqyaslı idman tədbirinə diqqətin cəlb edilməsi asan vəzifə deyil, lakin Azərbaycan onun öhdəsindən gələ bildi
Xorvatiyalı alim: I Avropa Oyunları dünyaya Azərbaycanı daha yaxşı tanımaq imkanı verəcək

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Cəmilə Əliyeva/

Bakıda I Avropa Oyunlarının təşkil edilməsi və bu irimiqyaslı idman tədbirinə diqqətin cəlb edilməsi asan vəzifə deyil, lakin Azərbaycan onun öhdəsindən gələ bildi. Bunu Trend-ə Xorvatiyanın Zaqreb Universitetinin professoru İvo Slaus deyib.

Onun sözlərinə əsasən, istənilən beynəlxalq tədbirin keçirilməsi ölkənin imicinə müsbət təsir edir: "Avropadan Azərbaycana xeyli sayda qonağın gələcəyi gözəl haldır və onlar ölkə haqqında çox şey öyrənə, yerli sakinlərlə əlaqə qura, son vaxtlar ölkənin qazandığı tərəqqini görə biləcəklər".

İ.Slaus qeyd edib ki, I Avropa Oyunları dünyaya Azərbaycanı daha yaxşı tanımaq imkanı verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti