...

Belçika birinci Avropa Oyunlarında 114 idmançı ilə təmsil olunacaq

Baku 2015 : EUROGAMES Materials 12 May 2015 22:40 (UTC +04:00)
Belçika Federasiyalararası və Olimpiya Komitəsi (COIB) ilk Avropa Oyunlarında iştirak edəcək idmançıları müəyyənləşdirib.
Belçika birinci Avropa Oyunlarında 114 idmançı ilə təmsil olunacaq

Azərbaycan, Bakı, 12 may /Trend/

Belçika Federasiyalararası və Olimpiya Komitəsi (COIB) ilk Avropa Oyunlarında iştirak edəcək idmançıları müəyyənləşdirib. Bu ölkəni Oyunlarda idmanın 16 növü üzrə 114 atlet təmsil edəcək.

Trend-in məlumatına görə, COIB 2012-ci il London Olimpiadasının cüdo yarışlarında ölkəsinə qızıl medal qazandıran Şarlin Van Snikə və atıcılıq yarışlarının gümüş mükafatçısı 34 yaşlı Lionel Koksa böyük ümidlər bəsləyir.

Yığma komandanın tərkibinə Yuşim Botyö, Tom Bunan, Lionel Koks, İze Heylan, Svan Nis, Jan-Mişel Sev, Dirk Van Tişelt kimi tanınmış idmançılar daxil edilib. Belçikalı atletlər idmanın badminton, basketbol, boks, velosiped, stolüstü tennis, gimnastika, cüdo, karate, üzgüçülük, taekvondo, atıcılıq, voleybol növlərində mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti