...

Yıldıray Arslan: Türkiyə xalqında I Avropa Oyunlarına böyük maraq var (FOTO)

Baku 2015 : EUROGAMES Materials 3 İyun 2015 16:10 (UTC +04:00)
“Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov bu gün Türkiyə Radio - Televiziya Kurumunun Bakı təmsilçisi Yıldıray Arslanla görüşüb.
Yıldıray Arslan: Türkiyə xalqında I Avropa Oyunlarına böyük maraq var (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend /

"Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov bu gün Türkiyə Radio - Televiziya (TRT) Kurumunun Bakı təmsilçisi Y.Arslanla görüşüb.

"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası Mətbuat Xidmətindən Trend-ə bildiriblər ki, Koalisiyanın koordinatoru R.Qonaqov bu gün TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanı qəbul edib.

Görüşdə R.Qonaqov Koalisiyanın gördüyü işlər haqqında qonağa ətraflı məlumat verib, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı TRT-nin bu istiqamətdə görəcəyi işlərlə maraqlanıb.

TRT-nin Bakı təmsilçisi Y.Arslan Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin olduqca mühim və tarixi hadisə olduğunu bildirərək, Oyunların Türkiyə telekanallarında geniş təbliğ olunduğunu, Bakıda keçiriləcək bu idman yarışına Türkiyə xalqında böyük marağın olduğunu bildirib.

Görüşdə qərara alınıb ki, TRT və "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası Birinci Avropa Oyunları keçirildiyi müddətdə yaxından əməkdaşlıq etsin.

Görüşün sonunda R.Qonaqov TRT-nin Bakı təmsilçisi Y.Arslana Koalisiya adından Birinci Avropa Oyunlarının geyimini və xatirə nişanını təqdim edib. Y.Arslan da R.Qonaqova TRT-nin simvolik hədiyyələrini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti