...

Bakı 2015 mükafat qazanan Alov veb-saytının ardınca rəsmi internet səhifəsinin tətbiqetməsini təqdim edir

Baku 2015 : EUROGAMES Materials 3 İyun 2015 21:55 (UTC +04:00)
Bakı 2015 çoxsaylı mükafat qazanmış Alov veb-saytının uğurunun davamı olaraq rəsmi saytın mobil tətbiqetməsini hazırlayıb. Yeni tətbiqetmə həm Azərbaycan, həm də İngilis dillərində olacaq və ilk Avropa Oyunları ilə bağlı ən son və yeni məlumatlar verəcək, eləcə də sosial media üçün tam interaktivliyi təmin edəcək.
Bakı 2015 mükafat qazanan Alov veb-saytının ardınca rəsmi internet səhifəsinin tətbiqetməsini təqdim edir

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bakı 2015 çoxsaylı mükafat qazanmış Alov veb-saytının uğurunun davamı olaraq rəsmi saytın mobil tətbiqetməsini hazırlayıb. Yeni tətbiqetmə həm Azərbaycan, həm də İngilis dillərində olacaq və ilk Avropa Oyunları ilə bağlı ən son və yeni məlumatlar verəcək, eləcə də sosial media üçün tam interaktivliyi təmin edəcək.

İstifadəçilər Bakı 2015-in bütün yarışlarını canlı izləyə biləcək və obyektlər, idman növləri və Oyunlarda iştirak edəcək 6 min idmançı haqqında geniş məlumat əldə edəcəklər.

Avropa Oyunlarına ev sahibliyi edən şəhəri ən yaxşı şəkildə nümayiş etdirən "Bakıda Coşğu" veb-saytı (Bu ünvandan daxil ola bilərsiniz: biginbaku.com) tətbiqetmədə xüsusi sosial media bölməsi kimi yayımlanacaq.

Bununla belə, istifadəçiləri təntənəli Avropa Oyunlarının məşəl estafetinə, virtual Alov Səyahətinə dəvət edən Bakı 2015-in ən müasir Alov veb-saytı (flame.baku2015.com) fəaliyyət göstərdiyi 26 aprel tarixindən etibarən üç mükafat qazanıb.

"Dünyada ən yaxşı veb dizaynerlərinin, tərtibatçıların və agentliklərin istedad və səyini tanımağa" çalışan "Awwwards" jüriləri Alovu 30 may üçün Günün Saytı adlandırıblar. "Awwwards" rəqəmsal dünyada iki ən mühim fərqlərdən biri hesab olunur və Alov saytı bu ilin sonunda illik "Dünyada ən yaxşı 365 Veb-sayt" nəşrinə daxil ediləcək.

SAM Mükafatından iki gün əvvəl eyni tanınmanı əldə edən Alov, SAM Çarxı tərəfindən də 18 may üçün "Günün Saytı" mükafatına layiq görülmüşdü.

Sayt Azərbaycanda yeganə virtual səyahətdir və istifadəçilər Bakı 2015 Alovun Səyahəti boyunca özlərinin sevdikləri şəkillərini bura yükləyə bilərlər. Geniş sosial medianın iştirakı ilə birləşən ən son rəqəmsal dizayndan istifadə olunmaqla Alov ölkə daxilində və onun hüdudlarında təntənəli Avropa Oyunları üçün həvəs yaradıb və qitənin internet ictimaiyyətində və idmansevərlərdə maraq oyadıb.

Bakı 2015 Oyunları tarixdə ilk Avropa Oyunları olaraq, 12-28 iyun 2015-ci il tarixlərində baş tutacaq, çoxsaylı idman növünü əhatə edən, qitə üçün həyəcanlandırıcı və yenilikçi olan bir tədbirdir.

Bakı 2015 Oyunlarında cəmi 20 idman növü üzrə yarışlar keçiriləcək: 16 Olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü. Avropadan 6000 nəfərə yaxın idmançı 17 günlük yarış müddətində öz ölkələrini təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti