...

Bakıda bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirildi

Baku 2015 : EUROGAMES Materials 5 İyun 2015 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda "Oyunlar zolağı"nın olduğu yollarda ümumi hərəkət sürəti dəyişdirilib.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, Bakıda keçiriləcək l Avropa Oyunları zamanı yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar Avropa Oyunlarına cəlb edilmiş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş xüsusi zolaqların keçdiyi bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirilib.

Belə ki, Bakı Kənar Dairəvi yolda nəqliyyat vasitələrinin maksimum hərəkət sürəti 80 km/saata, xüsusi zolaqlarla kəsişmə yerlərində isə 40 km/saata endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti