...

Güləşçilərimiz Avropa Oyunlarında ilk qızıl medalını qazandı: Rəsul Çunayev hərbi salam verdi(ƏLAVƏ OLUNUB 9) (FOTO, VİDEO)

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 20:53 (UTC +04:00)
Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə təmsilçimiz Orxan Nuriyev ilk qarşılaşmasında qələbə qazanıb.
Güləşçilərimiz Avropa Oyunlarında ilk qızıl medalını qazandı: Rəsul Çunayev hərbi salam verdi(ƏLAVƏ OLUNUB 9) (FOTO, VİDEO)

İlk xəbər 11:00-də yayılıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə təmsilçimiz Orxan Nuriyev ilk qarşılaşmasında qələbə qazanıb.

Trend xəbər verir ki, "Bakı-2015"in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 98 kq çəki dərəcəsində 1/8 finalda İsveç güləşçisi Teodoros Tunusidis ilə qarşılaşan təmsilçimiz Orxan Nuriyev rəqibini 4:1 hesabl ilə məğlub edib.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Elman Muxtarov ilk qarşılaşmasında qalib gəlib.

Trend xəbər verir ki, "Bakı-2015"in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 59 kq çəki dərəcəsində 1/8 finalda Gürcüstan güləşçisi Gizo Meladze ilə qarşılaşan təmsilçimiz Elman Muxtariv rəqibini 5:3 hesabı ilə məğlub edib.

Yunan-Roma güləşi üzrə yarışların ilk günündə daha 2 idmançımız mübarizə aparacaq.

Qeyd edək ki, bundan öncə 98 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Orxan Nuriyev də ilk qarşılaşmasını qələbə ilə başa vurub.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Rəsul Çunayev ilk qarşılaşmasında qalib gəlib.

Trend xəbər verir ki, "Bakı-2015"in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 71 kq çəki dərəcəsində 1/8 finalda Moldova güləşçisi Daniel Qataraqa ilə qarşılaşan təmsilçimiz Rəsul Çunayev rəqibi üzərində 7:6 hesablı üstünlük əldə etməklə növbəti mərhələyə vəsiqə qazanıb.

Yunan-Roma güləşi üzrə yarışların ilk günündə daha 1 idmançımız mübarizə aparacaq.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Rafiq Hüseynov da ilk qarşılaşmasında tam üstünlüklə qalib gəlib.

Trend xəbər verir ki, "Bakı-2015"in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 80 kq çəki dərəcəsində 1/8 finalda Almaniya güləşçisi Mixail Vaqner ilə qarşılaşan təmsilçimiz Rafiq Hüseynov rəqibini 11:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bundan öncə təmsilçilərimiz - 98 kq çəki dərəcəsində Orxan Nuriyev, 59 kq çəki dərəcəsində Elman Muxtariv və 71 kq çəki dərəcəsində Rəsul Çunayev də ilk qarşılaşmalarında qələbə qazanaraq 1/4 finala çıxıblar.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Elman Muxtarov da yarımfinala vəsiqə qazanıb.

Trend xəbər verir ki, "Bakı-2015"in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 59 kq çəki dərəcəsində 1/4 finalda Norveç güləşçisi Stig-Andre Berge ilə qarşılaşan təmsilçimiz rəqibini 7:6 hesabı ilə məğlub edərək yarışların yarımfinalına çıxıb.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Rafiq Hüseynov da yarımfinala vəsiqə qazanıb.

Trend xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında 80 kq çəki dərəcəsində 1/4 finalda Bolqarıstan güləşçisi Daniel Aleksandrov ilə qarşılaşan təmsilçimiz bu rəqibinə də tam üstünlüklə, 10:0 hesabı ilə məğlub edərək yarışların yarımfinalına çıxıb.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycanın xalça üzərinə çıxan daha bir təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Trend xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında 71 kq çəki dərəcəsində 1/4 finalda Xorvatiya güləşçisi Dominik Etlinger ilə qarşılaşan Rəsul Çunayev rəqibinə 4:0 hesabı ilə məğlub edərək yarışların yarımfinalına çıxıb.

XXX

Azərbaycan pəhləvanı Rəsul Çunayev bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə finala vəsiqə qazanan ilk azərbaycanlı olub.

Trend xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında 71 kq çəki dərəcəsində yarımfinalda Bolqarıstan güləşçisi Daniel Aleksandrov ilə qarşılaşan təmsilçimiz rəqibindən üstün olub. O, hesabı ilə qalib gələrək yarışların finalına çıxıb.

XXX

Azərbaycan pəhləvanı Rafiq Hüseynov bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə finala vəsiqə qazanan ikinci azərbaycanlı olub.

Trend xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında 80 kq çəki dərəcəsində yarımfinalda Türkiyəgüləşçisi Selcuk Çebi ilə qarşılaşan təmsilçimiz rəqibindən də üstün olub. O, əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə tam üstünlüklə vaxtından əvvəl qalib gəlib. Sadəcə bu dəfə hesab fərqli olub 9:0.

Qeyd edək ki, bu Azərbaycanın xalça üzərinə çıxan güləşçilərindən Rəsul Çunayev (71kq) da artıq finala çıxıb. Yarımfinalda Rusiya güləşçisinə məğlub olan Elman Muxtarov (59kq) bürünc medal uğrunda mübarizə aparacaq. Digər pəhləvanımız Orxan Nuriyev isə (98kq) isə 1/4 finalda məğlub olub.

XXX

Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə daha bir güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Trend xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında 98 kq çəki dərəcəsində 1/4 finalda Rusiya güləşçisi İslam Maqomedova məğlub olan Azərbaycan təmsilçisi Orxan Nuriyev 3-cü yer uğrunda mübarizə aparmaq huququnu qazanıb.

XXX

Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə güləşçimiz Rəsul Çunayev qızıl medal qazanıb.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin yarışında 71 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Rəsul Çunayev çempionluq adı uğrunda mübarizədə Macarıstan idmançısı Balint Korpası ilə qarşılaşıb.

Rəqibini 4:2 hesabı ilə məğlub edən pəhləvanımız I Avropa Oyunlarının qızıl medalına sahib olub.

71 kq
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (Moldova) 7:6
1/4 final - Rəsul Çunayev - Dominik Etlinger (Xorvatiya) 4:0
1/2 final - Rəsul Çunayev - Svilen Kostadinov (Bosqarıstan) 10:0
FİNAL - Rəsul Çunayev - Balint Korpasi (Macarıstan) 4:2

Rəqibi üzərində qələbə çalandan sonra Rəsul Çunayev adəti üzrə bu dəfə üzünü tribunada əyləşən Azərbaycan Prezidenti İlham Əliyevə tutaraq ona doğru əsgəri yerişlə addımlayıb və dövlət başçısına hərbi salam verib.

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərinin yarışında daha bir güləşçimiz, 59 kq çəki dərəcəsində mübarizə aparan Elman Muxtarov 3-cü yer uğrunda mübarizədə Ermənistan təmsilçisi Roman Amoyanı vaxtından əvvəl tam qələbə ilə məğlub edərək Avropa Oyunlarının bürünc medalına sahib olub.

XXX

Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycana daha bir medalı Rafiq Hüseynov qazandırıb.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin yarışında 80 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Rafiq Hüseynov çempionluq adı uğrunda mübarizədə Rusiya güləşçisi Yevgeni Saleyev ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada pəhləvanımız rəqibinə 0:2 hesabı ilə məğlub olkaraq I Avropa Oyunlarının gümüş medalını qazanıb.

Qeyd edək ki, finaladək güləşçimiz bütün rəqiblərinin üzərində vaxtından əvvəl tam qələbə qazanıb:

80 kq
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (Avstriya) 11:0
1/4 final - Rafiq Hüseynov - Daniel Aleksandrov (Bolqarıstan) 10:0
1/2 final - Rafiq Hüseynov - Selçuk Cebi (Türkiyə) 9:0
FİNAL - Rafiq Hüseynov - Yevgeni Saleev (Rusiya) 0:2

XXX

Yunan-Roma güləşçilərinin yarışında 98 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Orxan Nuriyev isə 3-cü yer uğrunda mübarizədə Türkiyə güləşçisi Cenk İldemlə qarşılaşıb.

Pəhləvanımız qardaş ölkənin təmsilçisinə 0:3 hesabı ilə məğlub olaraq I Avropa Oyunlarında 5-ci yerin sahibi olub.

98 kq
1/16 final - Orxan Nuriyev - Teodoros Tunusidis (İsveç) 4:1
1/8 final - Vilius Laurinaitis (Litva) - Orxan Nuriyev 1:9
1/4 final - Orxan Nuriyev - İslam Maqomedov (Rusiya) 1:3
Təsəlliverici görüş - Ardo Arusaar (Estoniya) - Orxan Nuriyev 0:2
Bürünc medal görüşü - Orxan Nuriyev - Cenk İldem (Türkiyə) 0:3

Qeyd edək ki, yunan-Roma güləşi yarışlarının ilk günündə xalça üzərinə 4 idmançımız çıxıb. Komandamız aktivinə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandıra bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti