Azərbaycan, Bakı, 13 iyun /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarında 60 kiloqram çəki dərəcəsində qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib.
Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı karateçi Firdovsi Fərzəliyev qazanıb.
Qeyd edəlk ki, 60 kq çəkidə Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsində İtaliyadan olan idmançı Luka Mareska ilə qarşılaşıb. İdmançımız 4:0 hesabı ilə qalib gəldi. Bununla da Azərbaycan yarışın ikinci günündə ilk qızıl medalını qazandı.
İlham Əliyev Avropa Oyunlarında qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarında 60 kiloqram çəki dərəcəsində qlib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib.
