...

"Moskovskiy Komsomolets" qəzeti: Bakıda yarışları olimpiada səviyyəsində keçirmək üçün hər şey var

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 15:58 (UTC +04:00)
Rusiyanın nüfuzlu “Moskovskiy Komsomolets” nəşri Bakı-2015 ilk Avropa Oyunlarına geniş yer verib.
"Moskovskiy Komsomolets" qəzeti: Bakıda yarışları olimpiada səviyyəsində keçirmək üçün hər şey var

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Rusiyanın nüfuzlu "Moskovskiy Komsomolets" nəşri Bakı-2015 ilk Avropa Oyunlarına geniş yer verib.

Trend-in məlumatına görə, müəllifi İrina Stepanseva olan "Biz "mersi, Bakı" deyə biləcəyikmi?" başlıqlı məqalədə ilk Avropa Oyunlarına hazırlıq, keçirilən yarışlar, həmçinin Oyunlar ətrafında baş verən siyasi məqamlara da yer ayrılıb.

Müəlllif yazır ki, idman obyektlərinin təhlükəsizliyi tam təmin olunub, diqqətli nəzarət, azarkeşlər də var, könüllülər də yerindədir. Bir sözlə, yarışları Olimpiya Oyunları səviyyəsində keçirmək üçün hər şey var: "Prezident İlham Əliyev yarışları açıq elan etdi. Və bütün diqqətlər Bakıya yönəlib".

Məqalədə vurğulanır ki, digər ölkələrin təmsilçiləri kimi, Rusiya idmançıları da yarışlarda fəal iştirak edirlər: "Yarışların ilk günü güləş və gimnastika biletlərinin hamısı satılıb. Bu Oyunlar həm də ona görə əhəmiyyətlidir ki, qaliblər Rio-2016 Yay olimpiadasına vəsiqə qazanacaqlar".

Müəllif diqqəti Avropanın Bakı-2015 Oyunları ilə bağlı qərəzli mövqeyinə yönəldərək yazır: "Avropa hələ də yerində sayır. Dünya isə çoxdan müxtəlif əhatə dairəsi olan Oyunlar keçirməkdədir - Asiya, Mərkəzi Amerika, Karib hövzəsi, Panamerika, Ümumafrika, Sakit Okean, Aralıq dənizi və s. Bu gün isə artıq Avropa Oyunları var..."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti