...

Cəmaləddin Məhəmmədov: Belə azarkeşlər üçün heç olmasa bürünc medalı qazanmalıydım

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 00:54 (UTC +04:00)
Avropa Oyunlarında qazandığım medalı onun göstədiyi səylərinə görə məşqçimiz Firdovsi Umudova həsr edirəm.
Cəmaləddin Məhəmmədov: Belə azarkeşlər üçün heç olmasa bürünc medalı qazanmalıydım

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlkin İzzət/

Avropa Oyunlarında qazandığım medalı onun göstədiyi səylərinə görə məşqçimiz Firdovsi Umudova həsr edirəm.

Trend xəbər verir ki, bunu bu gün Bakı 2015 birinci Avropa Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycana 125 kq çəki dərəcəsində bürünc medal qazandıran təmsilçimiz Cəmaləddin Məhəmmədov deyib.

Avropa Oyunlarının bürünc medalçısı qeyd edib ki, onun hədəfi əslində çempion olmaq idi: "Çempion olmaq istəyirdim, təəssüf ki, bu gün alınmadı. Buna görə azarkeşlərdən üzr istəyirəm. Məni bu qədər adam dəstəkləyir, azarkeşlik edirdi. Ona görə də belə azarkeşlər üçün heç olmasa bürünc medalı qazanmalıydım. Onlara böyük minnətdarlığımı bildirirəm".

Öz çəki dərəcəsində hazırda dünyanın 1 nömrəlisi sayılan Türkiyə güləşçisi Taha Akgüllə qarşılaşmada məğlub olmasına da münasibət bildirib: "Taha indiki dünya çempionudur. Ən güclü güləşçi mənimlə ikinci mərhələdə qarşılaşdı. Onunla bacardığım kimi güləşdim. Bu gün o güclüdür. Amma ola bilər ki, sabah mən ona qalib gəlim. Bu idmandır. bu gün sən qalib gəlirsən, sabah başqası. Çalışacağam bundan sonra daha böyük uğurlar qazanım".

Xəbər lenti

Xəbər lenti