...

Polşalı boksçu: Avropa Oyunlarında təşkilatçılıq çox yaxşı səviyyədədir

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 14:34 (UTC +04:00)
Bakıda 2015 birinci Avropa Oyunlarında təşkilatçılıq çox yaxşı səviyyədədir. İdmançıların qaldığı binalar, qidalanmamız əladır.
Polşalı boksçu: Avropa Oyunlarında təşkilatçılıq çox yaxşı səviyyədədir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda 2015 birinci Avropa Oyunlarında təşkilatçılıq çox yaxşı səviyyədədir. İdmançıların qaldığı binalar, qidalanmamız əladır.

Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında iştirak edən Polşanın boks üzrə qadın boksçusu Sandra Drabik deyib.

Bakıda ilk Avropa Oyunlarında çempion olacağına ümid etdiyini deyən polşalı idmançı Azərbaycan boksçusu Anaxanım Ağayeva üzərində qələbəsindən də danışıb: "Döyüş gərgin keçdi. O, yaxşı idi, amma mən ondan daha yaxşı idim".

Qeyd edək ki, S.Drabik Avropa Oyunlarının qadınlar arasında boks yarışlarının 1/8 finalında yüngülvari (48-51 kq) çəkidə Azərbaycan boksçusu A.Ağayevanı məğlub edib.

--

Məqalədə:
Xəbər lenti

Xəbər lenti