...

Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da 1/4 finala yüksəldilər (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 22:01 (UTC +04:00)
Bakı-2015 birinci Avropa Oyunlarında kişi boksçuların yarışında yarım-ağır çəki dərəcəsində (81 kq) mübarizə aparan idmançımız Teymur Məmmədov növbəti döyüşünə çıxıb.
Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da 1/4 finala yüksəldilər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı-2015 birinci Avropa Oyunlarında kişi boksçuların yarışında yarım-ağır çəki dərəcəsində (81 kq) mübarizə aparan idmançımız Teymur Məmmədov növbəti döyüşünə çıxıb.

Trend-in məlumatına görə, 1/8 final mərhələsində polşalı boksçu Yordsan Kulinski ilə qarşılaşan T.Məmmədov baxımlı döyüş nümayiş etdirib.

Yekunda 3:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala yüksəlib.

X X X

Rinqə çıxan növbəti boksçumuz Azərbaycanı superağır çəkidə (+91 kq) təmsil edən, Olimpya Oyunlarının bürünc mükafatçısı, dünya çempionu Məhəmmədrəsul Məcidov olub.

O, 1/8 final mərhələsində Gürcüstan boksçusu Mixeil Baxtidze ilə qarşılaşıb.

Təmsilçimiz rəqibinə göz açmağa imkan verməyib - 3:0.

Xatırladaq ki, bu gün kişi boksçularımızdan ilk olaraq rinqə çıxan Tayfur Əliyev yarımyüngül çəkidə (56 kq) 1/8 finalda Rumıniya boksçusu Nikolae Andreianaya qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti