...

Niderland gimnastı: “Azərbaycan I Avropa Oyunlarını mükəmməl təşkil edib”

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 09:30 (UTC +04:00)
Azərbaycan I Avropa Oyunlarını mükəmməl təşkil edib.
Niderland gimnastı: “Azərbaycan I Avropa Oyunlarını mükəmməl təşkil edib”

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan I Avropa Oyunlarını mükəmməl təşkil edib. Bu barədə Trend-ə I Avropa Oyunlarında dayaqla tullanma hərəkəti üzrə idman gimnastikası yarışlarının gümüş mükafatçısı Niderland gimnastı Kazimir Şmidt deyib.

O, tarixdə bir ilk olan Avropa Oyunlarında gümüş medal qazandığı üçün çox xoşbəxt olduğunu bildirib: "Oyunlar mükəmməl təşkil olunub. 2011-ci ildə Avropa Olimpiya Festivalında iştirak etmişdim, lakin I Avropa Oyunları daha böyük tədbirdir. Bura çox xoşuma gəlir. Gözəl stadion, azarkeşlər - bunların hamısı çıxışımıza gözəllik qatır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti