...

Erməni samboçular Bakıda medal qazana bilmədilər (ƏLAVƏ OLUNUB-2)

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 21:17 (UTC +04:00)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 19:12-də yayılıb)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında 52 kq-dək çəkidə çıxış edən Ermənistan təmsilçisi Sose Balasanyan 3-cü yer uğrunda görüşdə Bolqarıstan samboçusu Maqdalena Varbanova ilə üzləşib.

Trend-in məlumatına görə, Bolqarıstan təmsilçisi erməni rəqibinə 2:0 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, bu çəki dərəcəsində final görüşü Azərbaycan və Rusiya samboçuları arasında keçirilib.

X X X

Ermənistanı kişi samboçuların yarışında 57 kq-dək çəki dərəcəsində təmsil edən Tiqran Kirakosyan 3-cü yer uğrunda görüşdə Belarus idmançısı Vladislav Burdzla qarşılaşıb.

Belarus samboçusu erməni rəqibinə üstün gələrək 3:1 hesablı qələbə qazanıb və Oyunların bürünc medalını əldə edib.

X X X

Bu gün Ermənistanın daha bir təmsilçisi samboçuların yarışında bürünc medal uğrunda görüşə çıxıb. Çəkisi 90 kq-dək olan Aşot Danielyan Litva samboçusu Matukas Radvilas ilə qarşılaşıb.

Litva idmançısı dünya çempionu olan erməni samboçudan daha üstün döyüşüb və ağrıdıcı fənd tətbiq edərək ona qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti