...

Slovakiya boksçusu: Ermənistanlı rəqibim üzərində qələbədə azərbaycanlı azarkeşlərin payı çox yüksəkdir

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 14:17 (UTC +04:00)
Ermənistanlı rəqibim üzərində azərbaycanlı azarkeşlərin payı çox yüksəkdir.
Slovakiya boksçusu: Ermənistanlı rəqibim üzərində qələbədə azərbaycanlı azarkeşlərin payı çox yüksəkdir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Ermənistanlı rəqibim üzərində qələbədə azərbaycanlı azarkeşlərin payı çox yüksəkdir. Mən gözləmirdim ki, onlar məni belə alqışlayar, dəstəkləyərlər. Hamısına təşəkkür edirəm. İndi mənim həm də əlavə stimulum var ki, arxamda belə azarkeş ordusu var.

Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarının boks yarışlarında yüngülvari (52 kq) çəkidə Ermənistan təmsilçisi Narek Abqaryanı 1/4 finalda məğlub edən Slovakiya boksçusu Viliam Tanko deyib.

V.Tanko görüşün onun üçün çox çətin keçdiyini deyib: "Rəqibim güclü idi. Əslində qələbə qazanacağımı gözləmirdim. Boyu balaca idi, ona görə də mən məsafədən döyüşməli olurdum. Bu da məni əlavə fiziki qüvvə sərf etməyə məcbur edirdi. Amma döyüşdə diktə edən tərəf mən oldum və qələbə qazandım".

Slovakiyalı idmançı Bakı 2015 birinci Avropa Oyunlarındakı təşkilatçılıq işlərinin səviyyəsi barədə də fikirlərini bölüşüb: "Qatıldığım digər çempionatlarda, turnirlərdə hələ belə təşkilatçılıq görməmişəm. Burada hər şey yüksək səviyyədədir. Xüsusilə Bakıda adamların mehribanlığı, bizə yardım etmələri mənə çox xoş gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti