...

Çexiyalı badmintonçu: "Avropa Oyunlarında medal qazanmaq çox vacibdir"

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 15:07 (UTC +04:00)
"I Avropa Oyunlarına medal qazanmaq üçün gəlmişəm". Bunu Trend-ə çexiyalı badmintonçu Petr Koukal deyib.
Çexiyalı badmintonçu: "Avropa Oyunlarında medal qazanmaq çox vacibdir"

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Maksim Tsurkov/

"I Avropa Oyunlarına medal qazanmaq üçün gəlmişəm". Bunu Trend-ə çexiyalı badmintonçu Petr Koukal deyib.

O bildirib: "İlk addım atılıb, qrupda qalib gəlmişəm. İndi 1/8 finalda rəqibimi gözləyirəm. Avropa Oyunlarında medal qazanmaq mənim üçün çox vacibdir".

Çexiyalı idmançı qeyd edib ki, I Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib: "I Avropa Oyunları London, Pekin və Soçi olimpiadalarına bənzəyir. Atletlər kəndi olduqca əladır. Könüllülərin hazırlıq səviyyəsindən çox razıyam. Onlar ingils dilində əla danışır və hər an kömək etməyə hazırdırlar".

Badmintoçu Bakının çox gözəl olduğunu da vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti