...

Məhəmmədrəsul Məcidov üçün Avropa Oyunları vaxtından əvvəl bitdi

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 15:39 (UTC +04:00)
Superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədə aldığı üçün Bakı-2015 Avropa Oyunlarının boks turnirini vaxtından əvvəl başa vurub.
Məhəmmədrəsul Məcidov üçün Avropa Oyunları vaxtından əvvəl bitdi

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədə aldığı üçün Bakı-2015 Avropa Oyunlarının boks turnirini vaxtından əvvəl başa vurub.

Bu barədə Trend Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə istinadən məlumat verir.

M.Məcidov iyunun 25-də yarımfinalda Rusiya təmsilçisi Həsən Qimbətov ilə yarışmalı idi. Onun indi finalda çox asan qələbə qazanmaq şansı var.

Məşqçi Nəriman Abdullayev deyib: "Məcidov çox ciddi zədə alıb. Bu çox pis haldır. Bu turnirdə onun işi başa çatdı".

Qeyd edək ki, azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti