Azərbaycan, Bakı, 28 iyun /Trend/
Yarışların son günü Azərbaycan I Avropa Oyunlarının medal hesabında ikinciliyi qoruyub saxlayıb.
Trend-in məlumatına əsasən, ölkəmizin hesabında 21 qızıl, 15 gümüş və 20 bürünc medal var.
Birinci yerin sahibi də dəyişməyib - 78 qızıl, 40 gümüş və 43 bürünc medalla Rusiya medal hesabında hamıdan öndədir.
Üçüncü yerdə 18 qızıl, 10 gümüş və 19 bürünc medalla Böyük Britaniya qərarlaşıb.