...

Fransanın qadın və kişi cüdo komandaları Avropa Oyunlarının çempionu oldular

Baku 2015 : EUROGAMES Materials 28 İyun 2015 16:11 (UTC +04:00)
Fransanın qadın və kişilərdən ibarət cüdo üzrə milli komandaları Avropa Oyunlarının qalibi olublar.
Fransanın qadın və kişi cüdo komandaları Avropa Oyunlarının çempionu oldular

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İlkin İzzət/

Fransanın qadın və kişilərdən ibarət cüdo üzrə milli komandaları Avropa Oyunlarının qalibi olublar.

Trend xəbər verir ki, Avropa Oyunlarının son günü kişi və qadınlar arasında cüdo üzrə milli komandalar arasında yarışlar keçirilib. Heydər Əliyev adına İdman Sarayında baş tutan yarışlarda qaliblər artıq məlumdur.

Belə ki, qadın cüdoçular arasında yarışlarda finalda Fransa millisi Almaniya təmsilçiləri ilə üzləşib. Fransızlar 4:1 hesabı ilə qalib gələrək Avropa Oyunlarının çempionu olublar.

Bürünc medallar isə İtaliya və Sloveniya xanımlarına qısmət olub. Onlar 3-cü yer uğrunda qarşılaşmalarda müvafiq olaraq Rusiya və Macarıstan komandalarına qalib gəliblər.

Fransızlar kişi cüdoçuların yarışında ən güclü olduğunu nümayiş etdiriblər. Onlar finalda Gürcüstan komandasından üstün olaraq Avropa Oyunlarının qızıl medallarını əldə ediblər.

Bürünc medallara isə Ukrayna və Rusiya cüdoçuları sahib olub. Onlar 3-cü yer uğrunda görüşlərdə müvafiq olaraq Macarıstan və Almaniya millilərini məğlub etməyi bacarıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti