Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Elmira Tarıverdiyeva/
"Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi böyük idman tədbirinə layiqli final oldu".
Bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bağlanış mərasimini şərh edərkən deyib.
Diplomat bildirib ki, açılış mərasimi kimi bağlanış mərasimi də Olimpiadaya layiq tədbirlər oldu: "Azərbaycan bütün dünyaya sübut etdi ki, I Avropa Oyunları kimi böyük miqyaslı tədbiri nəinki qəbul etmək, həmçinin uğurla keçirə bilər. İdman arenaları, idman yarışlarının təşkili, açılış və bağlanış mərasimləri Azərbaycanın uğurları və idman nailiyyətlərini nümayiş etdirdi".